Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”
“Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsinə həsr olunan kollegiya iclasında deyib.
O qeyd edib ki, həmin şəxslərlə bağlı tədbirlər görülməklə, onlara yönələn yardımlar dayandırılacaq: “Saxta yollarla sosial yardım almağa şərait yaradan, bunun üçün bilərəkdən qısa müddətli əmək müqavilələri bağlayan, yaxud əmək müqavilələrində bilərəkdən əmək haqlarını reallıqda olduğundan az göstərməklə işçilərinin böyük qisminin sosial yardıma çıxışına süni imkan yaradanlarla bağlı da hüquq mühafizə orqanlarına müraciət olunacaq”.
Nazir xatırladıb ki, araşdırma və təhlillər nəticəsində nazirlik 1800 nəfərin saxta yollarla ünvanlı dövlət sosial yardımı aldığını müəyyən edib və həmin şəxslərə yönələn yardımlar dərhal dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət