Slimfit
  1. CƏMİYYƏT

Nazir: Bu aydan mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi tam istifadəyə veriləcək

Nazir: Bu aydan mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi tam istifadəyə veriləcək
Sakura

Nazir: Bu aydan mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi tam…

Oktyabr ayından mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi tam istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bundan sonrakı növbəti mərhələlərdə bütün məşğulluq xidmətləri ardıcıl olaraq bu sistem vasitəsilə vətəndaşlara təqdim ediləcək.

Nazir əlavə edib ki, dövlət cari məşğulluq məsələləri ilə yanaşı, hər il əmək bazarına daxil olan 100 min insanın da məşğulluğunu da təmin etməlidir: "Bu baxımdan məşğulluq sahəsində mütəmadi yeni proqramlar tətbiq etməli, ən yaxşı beynəlxalq təcrübələri ölkəmizə gətirməliyik. Onların ölkənin reallıqlarına, iqtisadi, sosial sisteminə uyğunlaşdırılaraq tətbiqini təmin etməliyik. Azərbaycanda məşğulluq siyasəti ildən-ilə daha da genişləndirilib. Məşğulluq xidmətləri təkcə dövlətin iqtisadi siyasəti deyil, eyni zamanda sosial siyasətinin ana hissəsini təşkil edir. Çünki vətəndaşların məşğulluğu, onların əmək bazarında yerlərini tapması, öz kiçik, orta biznesini qurması, məşğulluğunu təmin etməsi son nəticədə iqtisadiyyatın inkişafına böyük töhfə verir".

S.Babayev qeyd edib ki, son 15 ildə Azərbaycanda orta əmək haqqı 7 dəfədən çox, gəlirləri dəfələrlə artıb. Yoxsulluq səviyyəsi 2001-ci ildəki 50 faizdən 5 faizə düşüb: "Lakin digər tərəfdən qarşımızda olan çağırışlar da çoxdur və daima da olacaq. Dünyanın heç bir ölkəsində məşğulluq məsələsini tam şəkildə həll etmək mümkün olmayıb. Bu, daimi prosesdir. Xüsusilə Azərbaycan kimi demoqrafik inkişaf edən, əhalinin durmadan artdığı bir ölkədə bu çağırış mütəmadi olaraq qarşımıza çıxacaq. Müstəqillik dövründə Azərbaycan əhalisi 3 milyon insandan çox artıb. Bu il artıq 10 milyonuncu vətəndaş dünyaya gəlib".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR