Slimfit
  1. İDMAN

Nazir: Bakı-2019-a gələn hər bir idmançı 90 avro ödəyir

Nazir: Bakı-2019-a gələn hər bir idmançı 90 avro ödəyir
Sakura

Nazir: Bakı-2019-a gələn hər bir idmançı 90 avro ödəyir

İyulun 21-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi son hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, baş katibi Raffaele Pagnozzi və Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki iştirak ediblər.

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, yarışların keçirildiyi idman obyektləri və Atletlər kəndi festivala tam hazır vəziyyətə gətirilib. Nazir qeyd edib ki, 7 gün ərzində 48 ölkənin idmançıları mükafatlar uğrunda mübarizə aparacaqlar.

Vurğulayıb ki, bu günə kimi yarışlara 6750 bilet satılıb. Onun sözlərinə görə, bəzi yarışlar üçün biletlərin 60 faizi, bəziləri üçün isə 50 faizi satılıb. İdmançıların xərclərinin ödənilməsinə gəlincə isə A.Rəhimov qeyd edib ki, xaricdən gələn hər bir idmançı 90 avro ödəyir. “Həmin pula gündə 3 dəfə yemək daxildir. Nəqliyyat məsələlərini də iştirak edən ölkə özü həll edir”, - deyə nazir bildirib.

Qeyd edib ki, açılış və bağlanış mərasimlərinin biletləri tam satılıb.

Onun sözlərinə görə, festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. “Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

 

Bakıda yenidən olmasından məmnunluğunu ifadə edən Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç bildirib ki, Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir.

Avropa Olimpiya Komitələri Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki qeyd edib ki, yüksək səviyyədə təşkil edilən festival idmançılar üçün Olimpiyaya gedən yolda böyük təkan olacaq.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR