Slimfit
  1. SİYASƏT

Nazir: "Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar gözlənilir"

Nazir: "Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar gözlənilir"
Sakura

Nazir: "Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar gözlənilir"

"Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar gözlənilir".

Ens.Az-ın məlumatına əsasən,bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Sənaye və Texnologiyalar naziri Mehmet Fatih Kacır bildirib.

Nazir deyib ki, Türkiyə Azərbaycanla sənaye, texnologiya və enerji məsələlərində əməkdaşlığın daha da güclənəcəyinə əhəmiyyət verir: "Azərbaycanla Türkiyə bir çox sahələrdə uğurlu əməkdaşlığa imza atıb, xüsusilə müdafiə sənayesi və texnologiyalar sahəsində iki ölkə arasında yeni əməkdaşlıqlar gözlənilir. Hazırda Azərbaycanla münasibətlərimiz strateji səviyyədə davam edir. Önümüzdəki dönəmdə enerji, həm də sənaye sahəsində münasibətlərimizin daha da güclənəcəyinə önəm veririk. Müdafiə sənayesi sahəsində də yeni işbirliyi addımlarına imza atacağıq”.

Mehmet Fatih Kacır Türkiyə ilə Azərbaycan arasındakı nümunəvi müttəfiqliyin digər türk dövlətləri arasında da tətbiq olunacağının mümkünlüyünü vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR