Nazir: Azərbaycan Ordusunda olan ən müasir helikopterlər uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir
Bu gün Azərbaycanın Ordusunda olan hərbi təyyarələr qarşıda duran vəzifələri tam yerinə yetirməyə hazırdır.
Trend-in məlumatına görə, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.
Nazi qeyd edib ki, Azərbaycan Ordusunun helikopter parkı da tam yenilənib: “Bizim istifadəmizdə ən müasir helikopterlər var. Onlar uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir”.
Hərbi dəniz donanması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, donanmanın təkmilləşdirilməsi ilə bağlı işlər aparılır: “Biz dənizdə elə bir təhlükə görmürük. Xəzərin statusu ilə bağlı məsələ də həll olunub. Xəzəryani dövlətlər bizə dost ölkələrdir. Ancaq hərbi dəniz donanmasının da təkmilləşdirilməsi istiqamətində işlər aparılır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət