Dərc edildi: Baxış sayı: 387
Nazir: "Azərbaycan ölkədən kənarda da neft-kimya layihələri həyata keçirir"
"İndiyə qədər Azərbaycanın neft-qaz sektoruna 95 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub".
"Ölkə.Az" xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də energetika Naziri Pərviz Şahbazov deyib.
"Azərbaycan ölkədən kənarda da neft-kimya layihələri həyata keçirir. Bu ilin sonuna qədər illik istehsal gücü 10 mln. ton olacaq "Star" Neft Emalı Zavodunun istifadəyə verilməsi nəzərdə tutulur", - nazir bildirib.
O həmçinin qeyd edib ki, əsas strateji hədəflər karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət