Dərc edildi: Baxış sayı: 496
Nazir amerikalı jurnalistlərə müsahibə verib
ABŞ-ın 77WABC radiosunun aparıcısı Con Batçelor, nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və Kristofer Nikson Koks Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovdan müsahibə alıblar
Azvision.az xəbər verir ki, müsahibə zamanı Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyi və bu sahənin inkişaf etdirilməsinin əsas məqsədlərindən birinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi olduğu bildirilib. Kənd təsərrüfatının inkişafını stimullaşdırmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən fermerlərə müxtəlif növ subsidiyaların ayrıldığı vurğulanıb və kənd təsərrüfatı texnikasının alınması üçün tələb olunan maliyyə vəsaitinin 40 faizinin məhz bu subsidiyalar hesabına ödənildiyi diqqətə çatdırılıb.
Ölkəmizin ABŞ-dan xeyli sayda kənd təsərrüfatı texnikası aldığının diqqətə çatdırıldığı müsahibədə qeyd edilib ki, Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən bu ilin aprelində təşkil olunacaq İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumunda Azərbaycan məhsullarının təqdimatı keçiriləcək. Forum zamanı, həmçinin ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunacaq.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət