Dərc edildi: Baxış sayı: 537
Nazir: 20 əsərə dövlət tərəfindən vəsait ayrılacaq
Nazirlik tərəfindən 20 əsərə film çəkiləcək.
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
Nazir bildirib ki, nazirlik kinometeqorafiya sahəsi üzrə də layihələr həyata keçirir:
“Bizə təqdim olunan 250 ssenaridən 20 əsər götürüldü və film çəkiləcək. Onlara dövlət büdcəsindən beş milyon manat vəsait ayrılıb”.
Əbülfəs Qarayev əlavə edib ki, nazirlik, eyni zamanda prodüser şirkətləri ilə əməkdaşlıq etməyə hazırdır.
Sevinc Yasinqızı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət