Slimfit
  1. DÜNYA

Nazarbayevin qızı deputatlıqdan da kənarlaşdırıldı

Nazarbayevin qızı deputatlıqdan da kənarlaşdırıldı
Sakura

Nazarbayevin qızı deputatlıqdan da kənarlaşdırıldı

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası eks-prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın deputatlıq səlahiyyətlərinə son qoyub.

Bu barədə TASS məlumat yayıb.

“4 may 2020-ci ildə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının iclası keçirildi və Qazaxıstan Parlamentinin deputatı D.Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edildi”, - deyə Qazaxıstan MSK-dan bildirilib.

Qeyd edək ki, mayın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə senatının spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR