Dərc edildi: Baxış sayı: 485
Nazarbayevdən nüvə liderlərinə çağırış: Planetin taleyi
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev nüvə silahına sahib ölkələrin liderlərini Nur-Sultanda danışıqlar masası arxasında toplaşmağa səsləyib.
Axar.az xəbər verir ki, Nazarbayev qlobal ictimaiyyətin planetin gələcəyi barədə dialoq üçün özündə müdriklik tapmalı olduğunu deyib.
“Böyük dövlətlərin rəhbərləri hər zaman öz üzərlərinə insanlığın sabahı ilə bağlı məsuliyyət götürüblər. Oturub danışmaq lazımdır. Ona görə ki, konfliktlər danışıqlarla bitir”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət