Slimfit
  1. SİYASƏT

Nazarbayev Bülbüloğluna məktub ünvanladı

Nazarbayev Bülbüloğluna məktub ünvanladı
Sakura

Nazarbayev Bülbüloğluna məktub ünvanladı

Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğluna məktub ünvanlayıb.

Səfirlikdən Axar.az-a bildiriblər ki, Nursultan Nazarbayev Polad Bülbüloğlunun siyasi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib.

Məktubda deyilir:

“Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm”.

Qazaxıstanın birinci Prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan səfirinin zəngin həyat və peşə təcrübəsi bundan sonra da iki qardaş xalqın çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR