Naxçıvanlı cüdoçular ölkə birinciliyində 3 medal qazanıblar
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri daha bir uğura imza atıblar. Belə ki, Naxçıvanlı cüdoçular ölkə birinciliyində 3 medal qazanıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Bakı şəhərində usta cüdoçular arasında keçirilən Azərbaycan birinciliyində Elnur Mirzəliyev 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.
Bununla yanaşı, gənclər arasında keçirilən ölkə birinciliyinə də yekun vurulub. Oğlanların mübarizəsində Abdulla İsmayılov 100 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Elə qadın idmançımız Zəhra Akkuş da eyni uğuru təkrarlayıb. İdmançımız çempionatda bu ada 57 kiloqram çəki dərəcəsində müvəffəq olub.
Sonda idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət