Dərc edildi: Baxış sayı: 433
Naxçıvanın xarici ticarət dövrüyyəsinin müsbət saldosu azalıb
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-nın xarici ticarət dövriyyəsinin dəyəri 374,768 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü müqayisədə 4% çoxdur.
"Report" bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə Naxçıvanın ixracının dəyəri 0,2% artaraq 330,369 mln. dollara, idxalının dəyəri isə 45,6% artaraq 44,399 mln. dollara çatıb.
Son nəticədə muxtar respublikanın xarici ticarətində 285,97 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,4% azdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət