Dərc edildi: Baxış sayı: 676
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2018-ci ilin yanvar- iyul aylarında 249 milyon 147 min 700 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Femida.az xəbər verir ki, ixracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 221 milyon 145 min 500 ABŞ dolları təşkil edib, 193 milyon 143 min 300 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət