Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvanda zabitlərin komandir hazırlığı və təlim-metodiki toplantıları keçirilib

Naxçıvanda zabitlərin komandir hazırlığı və təlim-metodiki toplantıları keçirilib
Sakura

Naxçıvanda zabitlərin komandir hazırlığı və təlim-metodiki toplantıları keçirilib

Naxçıvan Qarnizonunda bölük, batareya komandirləri və müavinlərinin, taqım komandirləri və digər kateqoriyadan olan zabitlərin komandir hazırlığı və təlim-metodiki toplantıları keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, toplantılara cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları yoxlanılıb.

Müxtəlif ixtisaslar üzrə məqbullar verən zabitlər yüksək nəticə göstəriblər.

Naxçıvan Qarnizonu qoşunlarının birləşmə, hissə komandirləri və müavinləri ilə komandir hazırlığı toplantısı davam edir.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR