Slimfit
  1. TARİX

Naxçıvanda yeni yaşayış yeri tədqiq olunur

Naxçıvanda yeni yaşayış yeri tədqiq olunur
Sakura

Naxçıvanda yeni yaşayış yeri tədqiq olunur

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Naxçıvan arxeoloji ekspedisiyası Naxçıvançay vadisindəki Meydantəpə qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlayıb. Dörd hektar sahəni əhatə edən Meydantəpə şəhərtipli antik yaşayış yeri Nəzərabad kəndinin yaxınlığında, Naxçıvan-Şahbuz magistral yolunun kənarında yerləşir.

Axar.az xəbər verir ki, tədqiqatlar zamanı aşkar olunmuş materiallar eradan əvvəl IV - bizim eranın III əsrlərini əhatə edir. Arxeoloqların ərazidə apardığı qazıntılar zamanı dördkünc formalı binalar və xeyli maddi-mədəniyyət nümunələri, dən daşları, iri təsərrüfat küpünün qalıqları aşkar olunub. Tədqiqatçılar həmin materiallara əsaslanaraq Meydantəpədə yaşayışın eradan əvvəl I minilliyin ortalarına qədər davam etdiyini bildirirlər.

Arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri Naxçıvanın şəhər mədəniyyətini, sənətkarlıq, təsərrüfat həyətını və ticarət əlaqələrini özündə əks etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR