Dərc edildi: Baxış sayı: 594
Naxçıvanda yeni təyinatlar olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət nəzarəti məsələləri sektoruna yeni müdir təyin edilib.
"Report" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla bu vəzifəyə İkram İslam oğlu Əliyev təyin olunub.
V.Talıbovun digər sərəncamı ilə Faiq Qəzənfər oğlu Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət