Naxçıvanda taksilər texniki müayinədən keçirilib
Texniki müayinə zamanı avtonəqliyyat vasitələrinin əyləc sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, şüşə silgəcləri və şüşəyuyanlar, təkərlər, mühərrik, tibb çantası, qəza üçbucağı və konstruksiyanın digər ünsürləri yoxlanılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əməkdaşları sürücülərə yanğınsöndürmə balonundan istifadə qaydalarını izah ediblər.
Müayinə zamanı texniki tələblərə cavab verməyən avtonəqliyyat vasitələrində aşkar olunan nöqsanlar aradan qaldırıldıqdan sonra sərnişin daşınması ilə məşğul olmasına icazə verilib.
Prosesə oktyabr ayının 3-dən başlanıb. Artıq Naxçıvan şəhəri üzrə sərnişindaşıma fəaliyyəti göstərən taksilərin texniki müayinəsi yekunlaşdırılıb, rayonlar üzrə taksilərin texniki müayinəsi isə oktyabrın 9-dək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət