Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvanda Mülki Müdafiə Alayının əsgərlərinə bayram sovqatı verilib

Naxçıvanda Mülki Müdafiə Alayının əsgərlərinə bayram sovqatı verilib
Sakura

Naxçıvanda Mülki Müdafiə Alayının əsgərlərinə bayram sovqatı verilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına bayram sovqatı gətirib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əsgər və zabitlərlə keçirilən görüşdə muxtar respublikanın Baş Naziri Əlövsət Baxşıyev bayramlar, həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü və Mülki Müdafiə Alayının yaradılmasının 13-cü ildönümü münasibətilə əsgər və zabitləri təbrik edib.

Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır.

Baş Nazir Əlövsət Baxşıyev Fövqəladə Hallar Nazirliyinə göstərilən qayğıdan bəhs edib və bildirib ki, nazirliyin bütün struktur təşkilatları üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

Mülki Müdafiə Alayının komandiri, polkovnik-leytenant Azadil Hüseynov, əsgər Fərid Qoçəliyev, Allahverdi Allahverdiyev diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra gətirilən bayram sovqatı əsgərlərə təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR