Slimfit
  1. MƏDƏNİYYƏT

Naxçıvanda “Köçəri” yallısı ilə bağlı kitab nəşr olunub

Naxçıvanda “Köçəri” yallısı ilə bağlı kitab nəşr olunub
Sakura

Naxçıvanda “Köçəri” yallısı ilə bağlı kitab nəşr olunub

NUHÇIXAN xəbər verir ki, bu günlərdə “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində  “Azərbaycanın ən qədim yallılarından biri-Köçəri”  adlı kitab çapdan çıxıb.

Kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin  tövsiyəsi ilə nəşr olunub. Akademik İsmayıl Hacıyev, professor Fəxrəddin Səfərli,  filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev və digər tədqiqatçıların “Köçəri” yallısının yaranma tarixi, onun Naxçıvanda bugün də  yaşayan mədəni irsi, adının mənşəyi və əhəmiyyəti ilə bağlı elmi məqalələri kitabda yer alıb.

Qeyd edək ki, Yallı Azərbaycan xalqının folklorunda və etnoqrafiyasında özünəməxsus yer tutan milli mənəvi dəyərlərimizdən, xalq rəqslərimizdən biridir. Tarixinə nəzər salsaq görərik ki, onun yaranması çox uzaq əsrlərlə bağlıdır. Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində əks olunmuş bəzi təsvirlərdən də rəqsin, o cümlədən yallının  tarixinin nə qədər qədim olduğunu təsəvvür etmək mümkündür.

Azərbaycan xalqının minillərdən süzülüb gələn “Yallı” rəqs musiqisində Naxçıvan bölgəsinin tarixi ənənəsi xüsusi əhəmiyyətə malikdir. Bu musiqi folkloru  öz mahiyyəti etibarı ilə milli mədəniyyətimizin qədim və zəngin qatlarından biri kimi dövrümüzə qədər özünün əzəmətini, möhtəşəmliyini qoruyub saxlaya bilmiş və dəyişməz, sabit spesifik xüsusiyyətləri ilə dünya xalqlarının rəqs mədəniyyəti tarixində ayrıca bir gülzarlıq kimi çiçəklənib.

Müəyyənləşdirilib ki, “Köçəri” yallısı türk xalqlarının birliyini özündə əks etdirən Azərbaycanda, o cümlədən onun Naxçıvan bölgəsində daha çox ifa edilən, özündə milliliyi daşıyan yallı növlərindən biridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR