Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Sakura

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafında ailə təsərrüfatlarının mühüm rolu var. Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır, bu sahədə ardıcıl tədbirlər görülür. 2018-ci ildə də ailə təsərrüfatlarına dövlət qayğısı davam etdirilib, 14 ailə təsərrüfatına kreditlər verilib, “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasındakı məruzəsində bildirib.

O, qeyd edib ki, görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərib, muxtar respublikada 411 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.

Muxtar respublikada ətraf mühitin, mövcud yaşıllıq zolaqlarının qorunması və artırılması diqqətdə saxlanıb, keçirilən yaşıllaşdırma aylıqları çərçivəsində 473 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 400 mindən çox ağac və gül kolu əkilib. 

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 1,2 faiz artaraq, 2 milyard 422 milyon manata yaxın olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR