Slimfit
  1. İQTİSADİYYAT

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Sakura

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Naxçıvanda 2018-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 792 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Azvision.az xəbər verir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 19926,1 tona, süd istehsalı isə 77230 tona çatıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,2 faiz, süd istehsalı isə 1,3 faiz artıb.

Muxtar respublikada 2018-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 172 milyon 378 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4783 manata yaxın olub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR