Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvanda gənclər üçün təşkil edilən xalçaçılıq kursu başa çatıb

Naxçıvanda gənclər üçün təşkil edilən xalçaçılıq kursu başa çatıb
Sakura

Naxçıvanda gənclər üçün təşkil edilən xalçaçılıq kursu başa çatıb

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşəbbüsü ilə “Mənim ikinci peşəm” layihəsi çərçivəsində təşkil olunan xalçaçılıq kursu başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kursu bitirən gənclərə sertifikatların təqdim olunması münasibətilə keçirilən tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Fərid Seyidov kursun 25 həvəskar gəncin iştirakı ilə təşkil olunduğunu bildirib.

Qeyd olunub ki, kursda xalçaçı Həcər Hümbətova muxtar respublikada xalçaçılıq sənətinin inkişafı və tarixi haqqında ətraflı məlumat verib, gənclərə xalçaçılıq sənətinin sirlərini öyrədib. Kursun əsas məqsədi gənclər arasında sənətə və əlavə peşə sahələrinə maraq oyatmaq, Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlərboyu qoruduğu xalçaçılıq sənətinin gələcək nəsillərə çatdırmaqdır.

Sonda kursda iştirak edən 25 gəncə sertifikatlar təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR