“Naxçıvan” Universitetində konfrans keçirilib
“Naxçıvan” Universitetindən NUHÇIXAN-a verilən məlumata görə, ali təhsil ocağının İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbə üzrə IV kurs tələbələrinin 2018-2019-cu tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib. Bildirilib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. İstehsalat təcrübəsinin əsas məqsədi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların lazımı peşə qabiliyyətini mənimsəməsi, eləcə də peşəkar kadr kimi yetişməsindən ibarətdir.
Konfransda universitetin müəllimlərinin müxtəlif mövzularda çıxışları dinlənilib. Qeyd olunub ki, 58 tələbə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində, İqtisadiyyat Nazirliyində, Vergilər Nazirliyində, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı İdarəsində, eləcə də, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 6 həftəlik təcrübə keçəcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət