Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvan Muxtar Respublikasında polis veteranları hərtərəfli qayğı ilə əhatə olunublar

Naxçıvan Muxtar Respublikasında polis veteranları hərtərəfli qayğı ilə əhatə olunublar
Sakura

Naxçıvan Muxtar Respublikasında polis veteranları hərtərəfli qayğı ilə əhatə olunublar

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi veteranlarının ümumi yığıncağı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yığıncağı daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq, muxtar respublika daxili işlər orqanlarının polis veteranları ilə aparılan işin vəziyyəti və qarşıda duran vəzifələr barədə danışıb.

Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara qayğı siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Məqsəd ondan ibarətdir ki, belə vətənpərvər insanların xidmətləri qiymətləndirilsin, onların cəmiyyətdəki mövqeyi, sosial müdafiəsi gücləndirilsin, yeni nəslin öz Vətəninə, xalqına, dövlətinə sədaqətli, yüksək biliklərə, geniş dünyagörüşə malik insanlar kimi yetişməsində veteranların qüvvəsindən istifadə olunsun.

Nazir vurğulayıb ki, polis veteranları ilə işin təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və onların fəaliyyətlərinin hüquqi-təşkilati əsaslarının müəyyən edilməsi məqsədilə “Veteranlar Şurasının Əsasnaməsi” hazırlanıb və əsas istiqamətlər müəyyənləşdirilib. Veteranlarla bu gün keçirilən ilk ümumi yığıncaqda isə nazirlik aparatının Veteranlar Şurasının tərkibi, şuranın sədri seçiləcək, qarşıda duran məsələlər müəyyənləşdiriləcək.

Veteranlar Şurasının fəaliyyəti haqqında nazirliyin katibliyinin rəisi, polis polkovniki Yusif Həsənov məlumat verib. Bildirib ki, Veteranlar Şurası şəxsi heyətə vətənpərvərlik, dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət ruhunun aşılanması, əməkdaşların peşəkarlığının artırılması, cinayətlərin üstünün açılması istiqamətində onların təcrübəsindən istifadə olunması, veteranların hüquqlarının qorunması və sosial müdafiəsi məqsədilə nazirlikdə və ərazi polis orqanlarında yaradılan ictimai qurumdur. Şuranın üzvlüyünə daxili işlər orqanlarında xidmət müddəti ən azı 25 il olan nüfuzlu və fəal veteranlar seçilirlər.

Vurğulanıb ki, şura veteranların ümumi yığıncağında açıq səsvermə və sadə səs çoxluğu ilə 5-7 nəfərdən ibarət tərkibdə 3 il müddətinə seçilir. Şuraya sədr rəhbərlik edir, fəaliyyət illik iş planı əsasında qurulur. İllik iş planı sədr tərəfindən tərtib edilir, şuranın iclasında müzakirə olunduqdan sonra daxili işlər naziri, ərazi polis orqanlarında isə orqan rəisi tərəfindən təsdiq olunur.

Sonra təqaüddə olan polis veteranları Elxan Həsənov, Vaqif Rzayev, Mübariz Quliyev və Firudin Əliyevin çıxışları olub.

Veteranlar Şurasının tərkibinin və sədrinin seçilməsi barədə nazirliyin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov təkliflərini bildirib. Şuranın tərkibinə 7 polis veteranının namizədliyi irəli sürülüb. Namizədlər səsə qoyularaq şuraya üzv seçiliblər. Polis polkovniki Yusif Həsənov yekdilliklə şuranın sədri seçilib.

Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov yeni seçilmiş şura üzvlərini və sədri təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Yusif Həsənov ona göstərilən etimad üçün minnətdarlığını bildirib və əmin edib ki, şuranın qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcək, muxtar respublikada bərqərar olunmuş əmin-amanlığın və asayişin qorunmasında polis veteranlarının köməyindən istifadə edəcəklər.

Yığıncaqda daxili işlər naziri polis veteranlarını yenidən təşkilatlanmaq münasibətilə təbrik edib, Veteranlar Şurası ilə aparılacaq işin və fəaliyyətin əsas istiqamətləri üzrə tövsiyələrini verib.

Bildirilib ki, uzun illər nazirliyin fəaliyyətində, ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, gənc əməkdaşların vətənpərvər ruhda formalaşmasında, onlara dövlətə və dövlətçiliyə sədaqət hissinin aşılanmasında, gənclərin zərərli vərdişlərə, radikal dini cərəyanlara qoşulmasının qarşısının alınmasında böyük rolu olan polis veteranları ilə iş tamamilə unudulmuşdu. Şura üzvləri vasitəsilə muxtar respublikada yaşayan bütün veteranların qayğıları və çətinlikləri təhlil olunacaq.

Fazil Ələkbərov qeyd edib ki, törədilmiş cinayətlərin açılmasında, daxili işlər orqanlarında gənc əməkdaşlarla hamilik işinin təşkilində veteranların təcrübəsindən və imkanlarından istifadə ediləcək. Xidmətdə olan hər bir əməkdaş da, öz növbəsində, veteranlarımızı doğma qəbul edib, onların hərtərəfli qayğı ilə təmin olunmalarını diqqət mərkəzində saxlamalıdır.

Nazir diqqətə çatdırıb ki, yeni yaradılan şura fəaliyyətini daxili işlər orqanları ilə sıx əlaqədə qurmalı, muxtar respublikada ən aktiv ictimai təşkilat kimi formalaşmalıdır. Bunun üçün Veteranlar Şurası tərəfindən işlək planlar tərtib olunmalı, şuranın ümumi fəaliyyətində aktiv iş metodu tətbiq edilməli, mütəmadi olaraq aktual mövzularla kütləvi informasiya vasitələrində çıxışlar olunmalı, gənc əməkdaşlarla hamilik işinin təşkilində nazirliyin Kadrlar şöbəsi ilə veteranların birgə fəaliyyəti diqqətdə saxlanılmalı, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində, o cümlədən cinayətkarlığa qarşı mübarizədə veteranların gücündən istifadə olunmalı, peşəkarlığı ilə fərqlənən veteranlar qanunvericiliklə müəyyən olunmuş qaydada əməliyyat-axtarış tədbirlərinin icrasına cəlb edilməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR