Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Sakura

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin muxtar respublikada həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.

Təhsil və mədəniyyət sahələrində əlaqələrin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri səfirlik tərəfindən 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvanda məhdud fiziki imkanlı şəxslər üçün göstəriləcək tamaşanın məmnunluqla qarşılanacağına əminliyini bildirib və buna görə qonağa təşəkkür edib.

Uilyam Qil səmimi münasibətə və səfirlik tərəfindən keçirilən tədbirlərə göstərilən dəstəyə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakı əlaqələrdən danışan qonaq muxtar respublikaya ilk dəfə səfər etdiyini və bundan böyük məmnunluq duyduğunu bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR