Slimfit
  1. MƏTBƏX

Naxçıvan mətbəxi – Qovurmalı bulamac

Naxçıvan mətbəxi – Qovurmalı bulamac
Sakura

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir.

Bu diyarın təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, bitki örtüyü Naxçıvan mətbəxinin rənglərində də özünü açıq aydın  göstərir.

Ona görə də tarixən ekoloji-təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti dünyanı dolaşıb. Elə indi olduğu kimi…

NUHÇIXAN “Naxçıvan mətbəxi” kitabında yer alan nümunələri Azərbaycan və İngilis dillərində öz oxucularına təqdim edir.

Naxçıvanda yaz, yay, payız ay­larında müxtəlif ərzaq məhsulları qışda istifadə etmək üçün tədarük edilir (duzlanır, qurudulur və s).

Bu gün sizi qış tədarüklərindən olan “Qovurmalı bulamac” ın hazırlanma qaydası ilə tanış edəcəyik.

Qovurmalı bulamac

Adətən, bu yemək qışda ha­zırlanır, un tavada qovrulur, qovur­ma ilə soğan qızardılır, sonra qızardılmış un əlavə olunur, yağ-soğanla tovlanır, duz, istiot, sarıkök vurulur, qaynar su üstünə tökülüb sıyıq halına gətirilir.

Ərzaq: 3-4 tikə qovurma, 1 ədəd iri baş soğan, 100 qr un, duz, istiot, sa- nkök, 2-2,5 st. qaynar su. (2 nəfər üçün)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR