Dərc edildi: Baxış sayı: 565
Ali futbol qurumundan rəsmi açıqlama
2018/19 mövsümü Azərbaycan Kubokunun final oyunu Naxçıvanda keçiriləcək.
Publika.az-a açıqlama verən Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bildirib ki, bununla əlaqədar Naxçıvanın Gənclər və İdman Nazirliyinə müraciət olunub.
Müsbət cavab gələcəyi təqdirdə final üçün təşkilati hazırlıqlara başlanacaq. Final oyununun ev sahibliyinə Bakı və Qəbələ də namizəd göstərilib. Lakin sonda PFL Naxçıvan şəhərinin üzərində dayanıb.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.
Xatırladaq ki, Naxçıvan daha əvvəl də Azərbaycan Kubokunun final oyununa ev sahibliyi edib. 2017-ci il finalı "Qarabağ"la "Qəbələ" arasında baş tutub.
Zümrüd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət