Dərc edildi: Baxış sayı: 609
Naxçıvan Dövlət Universitetində növbəti hamilik tədbiri keçirilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin Çağırışaqədərki hazırlıq və mülki müdafiə ixtisasının tələbələri ilə birgə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi elmi nəzəri konfrans keçirilib. Hamilik tədbirləri çərçivəsində keçirilən konfransda vurğulanıb ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur. Bu isə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin nəticəsidir. Məhz onun xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, digər sahələrdə olduğu kimi ordu quruculuğunda da islahatlar aparılıb. Ordunun müasir texnika ilə gücləndirilməsi, şəxsi heyətin milli, mənəvi-psixoloji hazırlığı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasi fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, ordu quruculuğu təşkil etməklə dövlətimizin və xalqımızın, əmin-amanlığı, tərəqqisi təmin edilməkdədir. Diqqətə çatdırılıb ki, 2016-cı ilin aprel döyüşləri, bu ilin may ayında Günnüt əməliyyatı Azərbaycan xalqının qələbəyə inamının, ordu və xalqın birliyinin və xüsusi olaraq Naxçıvan Muxtar Respublikası Ali məclisi Sədri cənab Vasif Talıbovun qayğısı altında əsgər və zabitlərin döyüş əzmindən xəbər verir.
Sonda hamilik tədbirlərinin tələbələrin nəzəri biliklərinə təsiri və təcrübədə möhkəmlənməsində rolundan söhbət açılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət