Slimfit
  1. İDMAN

Naxçıvan Azərbaycan Kubokunun final görüşünə ev sahibliyi edəcək

Naxçıvan Azərbaycan Kubokunun final görüşünə ev sahibliyi edəcək
Sakura

Naxçıvan Azərbaycan Kubokunun final görüşünə ev sahibliyi edəcək

 

Naxçıvan futbol üzrə Azərbaycan Kubokunun final görüşünə ev sahibliyi edəcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Oyun mayın 19-u, saat 16:30-da başlayacaq. Görüşdən öncə tədbirin bədii hissəsi təşkil olunacaq, Azərbaycanın tanınmış müğənnilərinin ifasında musiqi nömrələri səsləndiriləcək.

Muxtar respublikada ənənəvi olaraq keçirilən futbol üzrə “Heydər Əliyev kuboku” turniri də dördüncü dəfə təşkil olunacaq. “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və Türkiyənin “Ağrıspor” komandalarının mübarizə aparacağı turnir dairəvi sistem üzrə keçiriləcək. Oyunlara mayın 20-də start veriləcək. İlk oyun günündə saat 11:00-da “Araz-Naxçıvan” MOİK-lə, 17:30-da “Şüvəlan” “Ağrıspor”la qarşılaşacaq. Növbəti gündə də oyunların başlama saatı eyni vaxtda olacaq. Mayın 22-də istirahət edəcək komandalar stadiona ayın 23-də çıxacaqlar. Həmin gün saat 17:00-da turnirin bağlanış mərasimi də keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR