Dərc edildi: Baxış sayı: 679
NATO-unun özünü yeniləməsi qaçılmazdır - Ərdoğan
“Hazırkı təhlükələri aradan qaldırmaq üçün NATO-nun özünü yeniləməsi qaçılmazdır”.
Redaktor.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan London səfəri öncəsində belə açıqlama verib. O bildirib ki, NATO terror qruplaşmalarına qarşı ikili standartlara son qoymalıdır. Ərdoğanın sözlərinə görə, NATO-nun bəzi üzvləri hərbi alyansa akternativ axtarır.
”Türkiyə NATO-nun əvəzolunmaz müttəfiqidir” - deyən Ərdoğan, alyans üzvlərini birliyə çağırıb.
Xatırladaq ki, bu gün NATO-ya üzv ölkələrinin liderləri, hərbi alyansın yaranmasının 70-ci ildönümü münasibətiylə Londonda toplaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət