Dərc edildi: Baxış sayı: 451
NATO-nun Türkiyəyə dəstək verməsi... – Rus general
NATO və ABŞ-ın Türkiyə-Suriya konfliktinə müdaxiləsi az inandırıcıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin keçmiş əməkdaşı general-leytenant Yevgeni Bujinski deyib.
“Mən NATO-nun bu müdaxiləsinə çox şübhə edirəm. Düşünmürəm ki, Ərdoğan da amerikalıların onlara yardım edəcəyinə və Əsədlə savaşacağına inanır. Bununla belə, situasiya çox qəlizdir və Rusiya-Türkiyə birbaşa toqquşmasını da istisna etmək olmaz”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gecə Suriya ordusunun hücumu nəticəsində Türkiyənin 33 əsgəri şəhid olub.
Türkiyənin tələbi ilə NATO-nun təcili toplantısı keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət