Dərc edildi: Baxış sayı: 282
NATO-nun Baş katibi: “Rusiyanın gücünü görməzdən gəlmək olmaz”
“Rusiyanın gücünü görməzdən gəlmək olmaz”.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu fikirlər NATO-nun Baş katibi Yens Stoltenberqin "Foreign Affairs" jurnalında “Daha təhlükəli dünya üçün daha güclü NATO” adlı məqaləsində yer alıb.
Onun sözlərinə görə, kimsə Rusiyanı və dünyanın üzləşdiyi təhlükələri görməzdən gələ bilməz:
“Rusiya Prezidenti Vladimir Putin azadlıqları sıxışdırır və öz ölkəsi daxilində parçalanmaları dərinləşdirir. “Vaqner” özəl hərbi şirkətinin qiyamı da bunu nümayiş etdirdi”.
Baş katibin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi tarixdə dönüş nöqtəsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət