Dərc edildi: Baxış sayı: 476
NATO müdafiə xərclərini 100 milyard artırdı
NATO üzvlərinin müdafiə xərclərinin artırılmasıyla bağlı real addımlar var.
Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şenaxanla görüşü zamanı NATO Baş katibi Yens Stoltenberq deyib.
“Biz müdafiə xərcləriylə bağlı real inkişaf müşahidə edirik. 2016-cı ildən 2020-ci ilə qədər Avropa və Kanada müdafiə xərclərinə 100 milyard dollar əlavə edəcəklər”.
Qeyd edək ki, bundan öncə Stoltenberq 2024-cü ilə qədər NATO ölkələrinin müdafiə xərclərini 266 milyard dollar artıracağını bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət