NATO irimiqyaslı hərbi təliminə başlayır
NATO yanvarın 22-də ən irimiqyaslı hərbi təliminə başlayır.
Ens.az Report.az-a istinadən xəbər verir ki, məlumatı “dw.com” yayıb.
Bildirilib ki, təlimə 90 minə yaxın hərbçi cəlb edilib. “Steadfast Defender-2024” (“Sabit müdafiəçi-2024”) adı altında keçiriləcək builki təlimdə təyyarədaşıyanlardan tutmuş esmineslərə qədər 50-dən çox gəmi, həmçinin 80-dən çox qırıcı, helikopter və pilotsuz təyyarə, 133 tank, 533 piyada döyüş maşını daxil olmaqla ən azı 1100 döyüş maşını iştirak edəcək.
NATO sonuncu müqayisəli təlimini 1988-ci ildə keçirib. Onda bu tədbirdə 125 mindən çox əsgər iştirak edib.
Təlimdə NATO ölkələri və alyansa üzv olmağa namizəd olan İsveç iştirak edəcək. Mayın sonunadək davam edəcək manevrlər Norveçdən Rumıniyaya qədər Avropa ərazisini əhatə edəcək.
İndiyədək son onilliklərin ən böyük manevrləri 2018-ci ildə 50 mindən çox hərbçinin iştirak etdiyi “Trident Juncture” (“Vahid üç məngənə”) hesab olunurdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət