Slimfit
  1. DÜNYA

NATO Hərbi Komitəsinin rəhbəri: "Rusiya Federasiyası alyans ölkələrinə hücum etmək niyyətində deyil"

NATO Hərbi Komitəsinin rəhbəri: "Rusiya Federasiyası alyans ölkələrinə hücum etmək niyyətində deyil"
Sakura

NATO Hərbi Komitəsinin rəhbəri: "Rusiya Federasiyası alyans ölkələrinə hücum etmək niyyətində deyil"

NATO Hərbi Komitəsinin rəhbəri, holland admiral Rob Bauer bildirib ki, Rusiyanın hər hansı NATO ölkəsinə müdaxiləni planlaşdırdığına dair heç bir əlamət yoxdur.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, admirallın mövqeyi "Baltic Times" qəzetində dərc edilib.

"Rusiyanın NATO üzvü olan hər hansı ölkəyə hücum etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur. Məncə, birbaşa təhlükə yoxdur", - deyə o bildirib.

Eyni zamanda, Bauer iddia edir ki, guya Rusiya Federasiyasının Ukraynadan kənarda ambisiyaları var. "Biz bunu bilirik, ona görə də bütövlükdə alyans daha hazırlıqlı olmalıdır", - deyə o qeyd edib.

Bauer onu da vurğulayıb ki, NATO Nizamnaməsinin 5-ci maddəsinin (kollektiv müdafiə haqqında) tətbiqi yalnız müttəfiq ölkəyə birbaşa hücum zamanı mümkündür.

2023-cü il dekabrın 19-da Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin iclasında Rusiyanın NATO ölkələrinə gələcəkdə hücum etmək niyyətində olmadığını və planlaşdırmadığını bildirib. O qeyd edib ki, “Rusiya təhlükəsi” mövzusunu Avropa qitəsində hakim statusunu itirməkdən qorxan ABŞ irəli sürür. Fevralın 29-da Federal Məclisdə çıxış edən Putin Rusiyanın Avropaya hücuma hazırlaşdığına dair iddiaları “cəfəngiyyat” adlandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR