Slimfit
  1. DÜNYA

NATO-dan şok: Rusiyanın "dolayı hücumu" olarsa...

NATO-dan şok: Rusiyanın "dolayı hücumu" olarsa...
Sakura

NATO-dan şok: Rusiyanın "dolayı hücumu" olarsa...

Rusiya Federasiyasının NATO ölkələrindən birinə hücum etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur. Düşünmürəm ki, birbaşa təhlükə var.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  bu barədə NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer deyib.

Eyni zamanda o qeyd edib ki, alyans Rusiyanın ambisiyalarının Ukrayna ilə məhdudlaşmayacağını bilir və ittifaq buna hazırlıqlı olmalıdır.

Rusiyanın Baltikyanı ölkələrdən birinə birbaşa hücum etməyərək, qondarma “separatçılardan” istifadə edəcəyi təqdirdə NATO-nun bunu təhlükə hesab edib-etməməsi ilə bağlı suala admiral belə cavab verib:

“Alyans müqaviləsinin 3-cü maddəsinə əsasən, hər bir ölkə özünü müdafiə etməyi bacarmalıdır. Belə bir şey olarsa, o zaman təhlükəsizliyin qayğısına qalmaq müvafiq ölkənin məsuliyyətidir. Əgər söhbət hibrid əməliyyatlardan gedirsə, o zaman, məsələn, Latviya buna reaksiya verməli olacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR