Slimfit
  1. DÜNYA

NATO-dan gözlənilməz açıqlama: Hücuma qarşılıq veriləcək…

NATO-dan gözlənilməz açıqlama: Hücuma qarşılıq veriləcək…
Sakura

NATO-dan gözlənilməz açıqlama: Hücuma qarşılıq veriləcək…

NATO-nun baş katibi  Cins Stoltenberq, Polşa və ya Baltikyanı ölkələrinə istiqamətlənən hər hansı bir hücuma qarşılıq veriləcəyini söyləyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun baş katibi  Cins Stoltenberq  Zirvə toplantısından əvvəl, hücumlara qarşılıq verilməsi ilə bağlı bildirişdə qeyd edib: “Polşa və Baltikyanı ölkələrdə yerləşdirilən NATO hərbi qüvvələri sayəsində Rusiyaya çox güclü siqnal göndəririk: Polşa və ya Baltikyanı ölkələrinə hər hansı bir hücum təşkil olunsa, bütün ittifaq qarşılıq verəcək”.
ABŞ Türkiyəni NATO-nun bu müdafiə planına dəstək verməyə çağırıb. Bu çağırışa Türkiyə prezidenti  Rəcəb Tayib Ərdoğanın cavabı gecikməyib. R.T.Ərdoğan NATO-nun zirvə toplantısına qatılmaq üçün çıxacağı London səfərindən əvvəl ABŞ-ın çağırışına cavab verib: “NATO Türkiyənin Suriyadakı Terror təşkilatı olan YPG ilə mübarizəsində Türkiyəyə dəstək olmadığı müddətdə, Türkiyə də onun Polşa və Baltikyanı ölkələrini müdafiə etmə planına qarşı çıxacaq”.
Qeyd edək ki, C.Stoltenberq verdiyi açıqlamada həmçinin qeyd edib ki, NATO-nun qara siyahısı yoxdur, heç kəslə düşmən deyil, sadəcə lazım gələrsə hücumlara qarşılıq verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR