Slimfit
  1. DÜNYA

NATO 2 günə Kalininqradı işğal edə bilər?

NATO 2 günə Kalininqradı işğal edə bilər?
Sakura
:0

NATO 2 günə Kalininqradı işğal edə bilər?

Rusiyalı siyasətçilər hərbi qarşıdurmanın olacağı halda NATO qüvvələrinin Kalininqradı işğal etmə imkanını şərh ediblər.

Axar.az xəbər verir ki, senator Sergey Çekov II Dünya müharibəsi zamanı Adolf Hitlerin bir neçə günə Sevastopolda döyüşmək istəyini xatırladıb.

“Əgər kiminsə ağlına belə bir plan gələrsə, Kalininqradın tutulmasının tezliklə alınacağını düşünməsin. Hərçənd, hesab edirəm ki, bu olmayacaq”, - deyə Çekov bildirib.

Yuxarı Palatanın üzvü Vladimir Lukin bu cür plan quran insanlara qibtə etmədiyini söyləyib:

“Ümumiyyətlə, fikir azadlığı mövcuddur. Lakin belə bir ingilis deyimi də var: Sözlər hər zaman susmaqdan yaxşı olmalıdır”.

Senator Aleksey Puşkov isə bu istəyi "xəyali ssenari" adlandırıb:

“NATO-nun genişmiqyaslı konfliktə risk edərək Kalininqradı işğal etmək şansı yoxdur. Əminəm ki, NATO bunu başa düşür”.

Qeyd edək ki, Çin nəşri “Eastday” portalı Rusiya ilə konfliktin olacağı təqdirdə NATO-nun 2 gün ərzində Kalininqradı işğal edə biləcəyini iddia etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR