Slimfit
  1. AZƏRBAYCAN

Natia Turnava: “Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalır”

Natia Turnava: “Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalır”
Sakura

Natia Turnava: “Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalır”

 

“Azərbaycan Gürcüstanın strateji təbii qaz tədarükçüsü olaraq qalır”.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə Gürcüstanın idxal etdiyi qazın yalnız 7%-i Rusiyanın payına düşüb: “Rəqabət baxımından bu kiçik həcmin müsbət təsirləri var. Builki idxal həcmi ötənilki kimi olacaq. Lakin rəqabət qaz bazarında, xüsusən də topdan satış bazarında qiymətlərin aşağı düşməsinə səbəb olacaq”.

N.Turnava bu gün ölkə parlamentinin İqtisadi məsələlər üzrə komitəsinin üzvləri ilə görüş keçirib. Üç saata yaxın davam edən müzakirələr mətbuata qapalı şəraitdə baş tutub.

Qeyd edək ki, Gürcüstanın cari il üzrə yenilənən təbii qaz idxalı proqnozuna əsasən, ölkə Rusiyadan 200 milyon kubmetr qaz idxal edəcək. Öncəki proqnozda bu həcm 170 milyon kubmetr təşkil edirdi.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR