Slimfit
  1. CƏMİYYƏT

"Natəvan problemini şoulaşdırmadı, amma köməyə ehtiyacı var idi"

"Natəvan problemini şoulaşdırmadı, amma köməyə ehtiyacı var idi"
Sakura

"Natəvan problemini şoulaşdırmadı, amma köməyə ehtiyacı var idi"

“Həmişə səni sevəcəm. Yaddaşımda ən gözəl günlərimizi saxlayacam. Tanışlığımız, dostluğumuz, dalaşmağımız, yola çıxmağımız, ev qurmağımız, ana olmağımız, qardaşın Xəqaninin toyundakı rəqsimiz…"

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aparıcı Natəvan Babayevanın uzunsürən xəstəlikdən sonra bu gün vəfat etməsi ilə bağlı paylaşımənda həmkarı Qənirə Ataşova deyib.

"Fərqli idik. Sən sakit, mən  alovlu. Amma bir-birimizdə tarazlıq yaradırdıq. Bu dünyanın gözəl tərəfi ölümün olmasıdır, əziz Natam. Pis tərəfi odur ki, sən tez getdin. 14 yaşında uşağın sevgisiz qaldı. Əgər o dünya varsa görüşəcəyik” - o əlavə edib.

Q.Ataşova həmçinin Natəvan Babayevanın səhhətində yaranan vəziyyətlə bağlı üzləşdiyi çətinliklərdən də söz açəb: "Natəvan çox abırlı və qürurlu adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ rxəçəng xəstəliyi üçün müalicədə yetərsiz idi. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allerqoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi. Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı. Bu barədə Mübariz Mənsimov xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Mənsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natəvan xanımın müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Mənsimova Natəvanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm. Amma aqressiv irəlləyən xəstəlik onu bizdən aldı. Natəvanın qohumları, qardaşı İsrafil, jurnalistlər Əfsanə Mehdiyeva, Fidan Quliyeva, Pərviz Həşimli, Milli Onkologiya mərkəzinin baş həkimi Azad Kərimli dostluğunuz və insanlığınız üçün var olun! Bu dünyadan hamımız gedəcəyik. Sıra ilə. Amma əməllərimiz qalacaq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR