Slimfit
  1. KOSMOS

NASA Marsa robotlar göndərəcək

NASA Marsa robotlar göndərəcək
Sakura

Mühəndislər avtomatlaşdırılmış kiçik fabrikin prototipləri üzərində çalışırlar

AzNews.az xəbər verir ki, sözügedən sistem Mars planetinə idarəolunun uçuşların reallaşdırılmasından bir neçə il öncə göndəriləcək. Beləliklə Mars planetinə səyahət edəcək insanlar artıq hazır resurslarla təmin olunacaqlar.

 

Fabrik Mars planetinin səthində resurs yığımı ilə məşğul olacaq avtomalaşdırılmış cihazlar və avtomalaşdırılmış mərkəzi sistemdən ibarət olacaq. Bu layihə üzərində NASA-nın bir neçə mühəndis komandası çalışır. Bəzi mühəndislər artıq öz cihazlarının prototiplərini təqdim ediblər. Layihə Mars planetində kiçik yaşayış bazasının yaradılacağı ehtimalında Yer kürəsindən ora lazımi resursların daşınmasının mümkünlüyü əsasında aparılmış hesablamalara əsaslanır.

 

NASA-nın hesablamalarına əsasən Mars planetinə 1 kq yanacağın daşınması üçün 225 kq yanacağın sərf olunması lazımdır. 1 ton suyun ora çatdırılması üçün isə 225 ton yanacaq sərf etmək lazımdır. Artıq var olan kosmik gəmilərin yük qaldırma özəllikləri və onların sürətlərini nəzərə alsaq, Mars planetinə uçuş minimum 1 il vaxt aparacaq. Bu isə öz növbəsində Mars planetində olacaq yaşayış məntəqəsinin uzunmüddətli varlığı üçün kifayət etməyəcək. Buna görə də yeganə çıxış yolu lazımi resursların Mars planetinin səthindən əldə olunmasıdır. Alimlər bildiriblər ki, insana lazım olan resurslar Mars planetinin dərinliklərində yerləşirlər. Lakin həmin resursları Yer kürəsindəki kimi əldə etmək heç də asan deyil.

Avtomatlaşdırılmış fabriki Mars planetinə çatdırmağın asan və ucuz olmadığı ilə yanaşı resursların yığılması ilə məşğul olacaq robotlar həmdə planetdəki aşağı qravitasiya qüvvəsi ilə də mübarizə aparmalı olacaqlar. Mühəndis komandalarından biri artıq bu cür robotun RASSOR adlı prototipini yaradıb. Sözügedən cihaz bir çox qazma təchizatlarında olduğu kimi disk formalı qazıcı hissələrə sahibdir. Həmin disk formasında olan hissələr isə bir-birinə əks istiqamətdə hərəkət edən iti ülgüclərdən ibarətdirlər. Mütəxəssislərin fikrincə Mars torpağından nəinki faydalı minerallar həmdə su da əldə olunacaq. Əldə olunacaq su xüsusi təmizləyici cihazlara yerləşdiriləcək. Bundan sonra ondan həm içmək həmdə kosmik gəmilər üçün yanacağın yaradılmasında istifadə ediləcək.

NASA-nın əsas ideyası ondan ibarətdir ki, bu cür cihazlarsız Mars planetinə planlaşdırılan gələcək missiyalar qeyri-mümkün olacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR