Slimfit
  1. DÜNYA

NASA: “Koronavirus atmosferin təmizlənməsinə səbəb olub”

NASA: “Koronavirus atmosferin təmizlənməsinə səbəb olub”
Sakura

NASA: “Koronavirus atmosferin təmizlənməsinə səbəb olub”

NASA koronavirus epidemiyasının Çində havanın çirkliliyini azaltmağa kömək etdiyini açıqlayıb.

“Haber Global”ın məlumatına görə, NASA-nın rəsmi “Twitter” hesabında havadakı azot dioksid (NO2) qazının azaldığını göstərən qrafiklər qeyd olunub.

Azot dioksid qazı havaya avtomobillər, elektrik stansiyaları və fabriklər tərəfindən buraxılır.

 

NASA alimlərinin fikrincə, hava əvvəlcə koronavirusun yarandığı Uhan şəhərində və ətrafında, fevral ayının sonunda isə bütün ölkədə təmizlənib.

Çində milyonlarla insanın karantində olduğunu qeyd edən NASA bunun dünya tarixində ən böyük belə hadisə olduğunu bildirib.

NASA-nın “Goddard Kosmik Uçuş Mərkəzi”nin hava keyfiyyəti üzrə tədqiqatçısı Fei Liu deyib ki, ilk dəfə müəyyən bir hadisədən sonra geniş ərazidə azot dioksid səviyyəsinin bu qədər kəskin azaldığının şahidi oldum.

Qeyd edilir ki, Çində 2008-ci il böhranı və Pekində Yay Olimpiya Oyunları zamanı havanın çirkliliyində əhəmiyyətli dərəcədə azalma müşahidə olunmuşdu. Ancaq bu azalma yalnız Pekin üçün keçərli idi, Olimpiya oyunları bitən kimi havanın çirklənmə nisbəti yenidən yüksəlib.

 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR