Dərc edildi: Baxış sayı: 550
ABŞ Kosmik Agentliyi NASA 14 il əvvələ aid olan Genesis adlı kosmik gəminin fotolarını yayımlayıb.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, NASA saytında fotonu "2004-cü il və yadplanetlilər bu işin bir parçası deyil"- yazaraq açıqlama verib. Açıqlamada Genesisin 2001-ci ildə günəşi araşdırmaq üçün istehsal edilmiş robot kosmik gəmisi olduğu və 2004-cü ildə radarlar və vertolyotlarla izlənildiyi, ancaq paraşütü açılmadığı üçün saatda təxminən 300 kilometr sürətlə yerə düşdüyü bildirilib.
Genesis sayəsində günəşin quruluşu və günəş sisteminin fərqli bölgələrindəki element bölgüsü, milyardlarca il əvvəl günəş və planetlərin necə yarandığı haqqında məlumatlar əldə edildiyi açıqlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət