Slimfit
  1. DÜNYA

NASA gəmisi Marsa endi - Günəş sisteminin sirri açılır!

NASA gəmisi Marsa endi - Günəş sisteminin sirri açılır!
Sakura

NASA gəmisi Marsa endi - Günəş sisteminin sirri açılır!

“İnSight” adlı kosmik gəmi Marsda qazıntı aparacaq

Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmos Agentliyi (NASA), Marsı kəşf etmək üçün hazırlanan “İnSight” adlı kosmik gəmini qızıl planetin səthinə endirib. 

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, qurğunun səyahəti 6 ay davam edib. NASA-nın son altı ildə Marsa göndərdiyi ilk kosmik gəmi olan “İnSight”, Marsın səthi və yeraltı quruluşu haqda informasiya əldə edib, onu dünyaya göndərəcək. “İnSight” çəkdiyi ilk fotoları artıq NASA-ya göndərib. 

NASA-nın bundan əvvəl Marsa göndərdiyi “Curiosity” və “Opportunity” adlı kosmik gəmilər planetin səthini görüntüləyib və nümunələr yığıb. 

“İnSight”ın vəzifəsi isə gəzib nümunə yığmaq olmayacaq. Xidmət müddətində eyni yerdə dayanıb qazma yolu ilə Marsın yeraltı quruluşunu öyrənəcək. 

Marsdakı seysmik fəaliyyət, yeraltı istilik və planetin nüvəsi haqqında məlumat yığacaq. Alimlər, Marsın nüvəsi haqqında ilk dəfə “İnSight”ın öyrəndikləri vasitəsilə məlumatlanacaq. 

NASA-dan verilən açıqlamada, “Qayalıq planetlər arasında araşdırılan sadəcə Dünyadır. Marsdan əldə olunacaq məlumatlar ilə dünyadan əldə olunan məlumatlar müqayisə olunacaq”, - deyilir. NASA, “İnSight”ı zaman maşını kimi istifadə edəcəyini də bildirib:

“Mars, Dünya və Veneranın üçdə biri böyüklüyündədir. Daha az enerji saxlayır və bir çox mənada qədim planetdir. Günəş sisteminin yaranmasına dair sirlər də bu planetin dərinliklərində gizlənib”.

Vasitənin Marsa 2016-cı ildə göndərilməsi planlaşdırılıb. Ancaq cihazda çıxan vakum problemi, təxirə salınmağına səbəb olub. Bununla birlikdə maliyyəsi də 830 milyon dollara qalxıb. 694 kiloqram olaraq yola çıxan cihaz, Marsa 358 kiloqram olaraq enib. Enişi izləyən iki peykin (CubeSat) hər biri sadəcə 13.5 kiloqramdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR