Slimfit
  1. KOSMOS

NASA: Fəzanın kəşfində yeni dövr başlayır

NASA: Fəzanın kəşfində yeni dövr başlayır
Sakura

NASA: Fəzanın kəşfində yeni dövr başlayır

Ötən cümə günü Amerikanın kosmik uçuşunda yeni dövr başlayıb. Belə ki, NASA 2011-ci ildə kosmik məkiyin istifadəsinin dayandırılmasından sonra ilk dəfə olaraq ABŞ torpağından havaya göndərilən kommersiya məqsədli kosmik gəmidə test uçuşu və əməliyyat missiyalarını həyata keçirəcək uçuş ekipajını təqdim edib. Boeing-in CST-100 Starliner və SpaceX-in Crew Dragon kosmik gəmilərinin test uçuşlarının növbəti il baş tutacağı gözlənilir.

Biz 2011-ci ildən bəri ilk dəfə olaraq Amerika torpağından Amerika raketlərində fəzaya amerikalı astronavtları göndərməyə çox yaxınıq.
Cim Brandestayn

Bunu NASA-nın administratoru Cim Bradenstayn Texasın Hyuston şəhərində yerləşən Conson Fəza Mərkəzində elan edib.

“Biz 2011-ci ildən bəri ilk dəfə olaraq Amerika torpağından Amerika raketlərində fəzaya amerikalı astronavtları göndərməyə çox yaxınıq”, o deyib.

Boeing-in Starliner və SpaceX-in Crew Dragon adlı kosmik gəmilərində həyata keçiriləcək kommersiya məqsədli kosmik uçuşlarda doqquz astronavt iştirak edəcək.

NASA dizayn, istehsal və sınaq mərhələsində bu şirkətlərlə yaxından işləyərək sistemlərin idarənin təhlükəsizlik və performans tələblərinə uyğun olmasını təmin edib.

“Sınaq və inkişaf prosesində iştirak edib, daha sonra raket fəzaya göndərilən zaman burada olub, bütün o əməyin bəhrəsini görmək komanda və Amerika üçün çox qürurlu bir an olacaq” – deyə, NASA astonavtı Nikol Aunapu Mann bildirib.

Sınaq və inkişaf prosesində iştirak edib, daha sonra raket fəzaya göndərilən zaman burada olub, bütün o əməyin bəhrəsini görmək komanda və Amerika üçün çox qürurlu bir an olacaq
Nikol Aunapu Mann

SpaceX Crew Dragonun Beynəlxalq Fəza Stansiyasına ilk əməliyyat missiyasını ABŞ Dəniz Donanmasının komandiri və aviatoru Viktor Qlover idarə edəcək. Bu, onun ilk kosmik uçuşu olacaq.

“Bu şirkətlərlə birlikdə ölkəmiz və NASA üçün bu dərəcədə önəmli bir layihə üzərində işləmək imkanı əldə etmək bir pilotun arzusudur və mən də Coşun dediyi kimi, bu layihəni reallığa çevirmək üçün həyacanlıyam”, o söyləyib.

NASA bildirir ki, Kommersiya Ekipajı Komandası ABŞ-ın kommersiya məqsədli fəza sənayesini inkişaf etdirəcək və gələcəkdə innovasiyaların davam etməsini təmin edəcək.

Mənbə: Amerikanın Səsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR