NASA avadanlıqları 3D-printerdə çap ediləcək
3D-printerin ixtirası son illərin ən mühüm hadisələrindən biridir. Üçölçülü çap üçün ilk qurğunu 1986-cı ildə Çakom Hallom yaradıb və onun ideyası sayəsində insanlar yalnız elektronika üçün kiçik detalları deyil, binaları və yeməkləri asanlıqla çap edə bilərlər. Əlbəttə, bu cür faydalı texnologiya kosmik fəzadan yan ötməyib. NASA tənzimləyicilərin modulyar konstruksiyasından və əlaqənin modullarından imtina edərək onları vahid formada çap etmək niyyətindədir.
NASA-nın tədqiqat mərkəzlərindən birinin əməkdaşları 3D çap texnologiyasından istifadə edərək kosmik elektronikanın istehsalını asanlaşdırmağı planlaşdırırlar. Xammal kimi karbon nanoborular və qrafen kimi müxtəlif nanomateriallardan istifadə olunacaq. İş üçün lazım olan bütün komponentlər bir proses çərçivəsində platada çap ediləcək. Bu üsul ilə onlar məlumatların kosmosdan Yer kürəsinə ötürülməsi üçün modulları çap etməyi düşünürlər.
hi-news.ru saytının əlumatına əsasən, bu metod prosesi sürətləndirməklə yanaşı, enerji istehlakını da azaldacaq. Çap edilmiş elektronikanın ölçüsü mobil telefon ölçülərini keçməyəcək. Elektronika yalnız kosmik aparatlarda deyil, həm də skafandrlar üçün istifadə olunacaq.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət