Slimfit
  1. KOSMOS

NASA astronavtları Aya Falcon Heavy raketləri ilə göndərəcək

NASA astronavtları Aya Falcon Heavy raketləri ilə göndərəcək
Sakura

NASA astronavtları Aya Falcon Heavy raketləri ilə göndərəcək

NASA astronavtları Aya göndərəcək Orion missiyasını Falcon Heavy raketləri ilə həyata keçirməyi nəzərdə tutur. AZƏRTAC “ARSTechnica” saytına istinadla xəbər verir ki, bununla bağlı kosmik agentlikdə geniş müzakirələr aparılıb.

NASA-nın rəhbəri Cim Braydenstayn bildirib ki, Falcon Heavy raketləri və ICPS (Interim Cryogenic Propulsion Stage) raket nərdivanları 2022-ci ildə astronavtları Aya endirmək üçün ən yaxşı vasitələrdir. Onun sözlərinə görə, bunun üçün Orion kosmik gəmisinin Marsa və Aya uçacaq qədər yanacaqla təmin olunması problemi həll edilməlidir. NASA-nın rəhbəri əlavə edib ki, texniki detalların həlli qarşıdakı 3 ildə ən başlıca vəzifələr olacaq.

NASA-nın rəhbəri Cim Braydenstayn mart ayında keçirilən görüşdə ABŞ-ın vitse-prezidenti Mayk Pensi əmin edib ki, missiyanın ilk sınaq uçuşu 2020-ci ildə həyata keçiriləcək, 2022-ci ildə isə Aya pilotlu kosmik gəmi göndərmək mümkündür. O qeyd edib ki, Falcon Heavy raketi maksimal konfiqurasiyada Yerətrafı orbitə 64 ton yük çatdıra bilər.

Amerikanın Lockheed Martin şirkətinin 2014-cü ilin dekabrında hazırladığı Orion kosmik gəmisi ilk uçuşunu həyata keçirib. Raketdaşıyıcının kosmosa ilk uçuşu isə 2020-ci ildə həyata keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR