NASA açıqladı: Asteroid Yeri məhv edəcək?
NASA aprelin 29-da Yer kürəsinə asteroid düşəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Axar.az xəbər verir ki, qurum aprelin 29-da 1998 OR2 asteroidinin Yer kürəsindən 6,2 milyon km məsafədə təhlükəsiz şəkildə keçəcəyini bildirib:
“Asteroidin Yerə düşəcəyi ilə bağlı edilən xəbərdarlıqlar həqiqəti əks etdirmir”.
NASA apardığı araşdırma nəticəsində asteroidin diametrinin 1,8-4 kilometr arasında olduğunu deyib. Qurumun “Sentri” sistemi asteroidin cari trayektoriyasına əsaslanaraq 16 mart 2880-ci ildə Yerlə toqquşması barədə xəbərdarlıq siqnalı verib. Sistem asteroidin saniyədə 17,8 kilometr sürətlə Yer kürəsinə düşəcəyini bildirib.
Steven Vard və Erik Asphaug adlı mütəxəssislər isə bu asteroidin 2880-ci ildə Atlantik okeanına düşəcəyini və nəticədə dağıdıcı sunamilərin yaranacağını vurğulayıblar.
Qeyd edək ki, “Deyli Ekspress” nəşri aprelin 29-da Yer kürəsinə asteroid düşəcəyi və sivilizasiyanı məhv edəcəyi ilə bağlı məlumat paylaşıb. Xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət