Slimfit
  1. MARAQLI

Narsizm nədir və niyə getdikcə daha çox adamda müşahidə olunur?

Narsizm nədir və niyə getdikcə daha çox adamda müşahidə olunur?
Sakura

Narsizm nədir və niyə getdikcə daha çox adamda müşahidə olunur?

Sosial mediada yazılanlar və rəqəmsal aləmdəki ümumi tendensiya narsizmin getdikcə artması qənaətini yaradır.

Əslində, çox da yanlış qənaət deyil. Ruhi sağlamlıq üzrə mütəxəssislər hesab edirlər ki, gündəlik həyatda narsizm çox yayğın və aydın xarakter alıb.

Son illərdə narsizmə həsr edilən bloq yazıları və kitabların da sayı xeyli artıb.

Müasir tendensiyanın nəticəsi olaraq "selfi nəsli" adlandırılan gənc nəsil social mediada "narsist ovuna" başlayıb.

Nə üçün ətrafımızda əvvəlkindən qat-qat çox narsist var?

BBC müxbiri Jolyon Jenkins bunun səbəblərini araşdırıb.

Narsizm nədir?

Əvvəlcə narsizmin nə olduğunu aydınlaşdırmaq lazımdır.

Narsizm, yəni özünəvurğunluq bir çox şəxsi xüsusiyyətlərin bir araya gəlməsi nəticəsində meydana çıxır və bu xüsusiyyətlər əslində çox adamda var.

Onların yüksək ölçüdə olması tibdə narsistik şəxsiyyət pozuqluğu adlanır.

Şəxsin narsist olduğunu nədən bilmək olar?

Narsistik şəxsiyyət pozuqluğu üzrə mütəxəssis, britaniyalı terapevt Tennyson Lee deyir ki, psixiatorların istifadə etdiyi peşə kitabçasında bu xəstəliyin doqquz əlaməti göstərilib:

  • təkəbbür - uğurlarını və qabiliyyətlərini şişirdir;
  • böyük uğur, güc, ağıl, gözəllik və ya böyük sevgi xülyaları uydurur;
  • xüsusi və əvəzolunmaz biri olduğuna inanır;
  • çox bəyənilmək istəyir;
  • xüsusi münasibətə layiq olduğunu düşünür;
  • öz maraqları üçün başqalarından istifadə edir;
  • empatiyadan uzaqdır;
  • başqalarının uğurlarını qısqanır;
  • başqalarına qarşı sayğısız davranır, özündən razı davranışlar sərgiləyir.

Böyük ehtimal, sizin də ətrafınızda bu xüsusiyyətlərə malik insanlar var.

Amma Lee deyir ki, "şəxsiyyət pozuqluğu bu xüsusiyyətlərin özünə və ya ətrafındakılara zərər verəcək həddə təzahür etməsidir".

Necə müalicə edilir?

Lee qeyd edir ki, narsistik şəxsiyyət pozuqluğundan əziyyət çəkənlərin bir çoxu bunu depressiya zənn edirlər. O, antidepressiantların narsizmin müalicəsində faydalaı olmadığını vurğulayır.

"Narsistik şəxsiyyət pozuqluğunu müalicə etmək çətindir" deyən Lee bildirir ki, müalicənin ən çətin qismi pasienti xəstə olduğuna inandırmaqdır. O, həmçinin qeyd edir ki, yaş artdıqca narsizm əlamətləri azalır.

Bu xəstəliyin diaqnozunu qoymaq asan,dərəcəsini müəyyənləşdirməksə olduqca çətindir.

Mütəxəssislər sosial medianın narsistik davranışları təşviq etdiyini bildirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR